İdmançı 35 ildə 90 nəfəri öldürdü

İdmançı 35 ildə 90 nəfəri öldürdü
Amerikanın Federal Tədqiqat Bürosu serial qatil Samuet Litlın öldürdüyü qadınların rəsmlərini yayıb. Məqsəd kimliyi müəyyən olunmayan qurbanların şəxsiyyətini araşdırmaqdı.
 
78 yaşlı qatil 35 il ərzində 90 nəfəri öldürüb. Bütün cinayətlər 1970-2005-ci illərdə ABŞ-da baş verib. Müstəntiqlərə görə Samuel tənha və müdafiəsiz qadınları hədəfə alıb. Əgər etiraf etdiyi qətllər sübut olunarsa o, ölkənin ən çox silsilə qətllər törətmiş qatil adını ala bilər.
 
Qatilin öldürdüyü qadınlardan cəmi 34-nün şəxsiyyəti müəyyən olunub. Keçmişdə boksçu olan Samuel öldürdüyü adamları qətl etməkdən əvvəl yumruqlayaraq çoxlu zərbələr vurub. Ona görə də bəzi cəsədlər tanınmaz hala düşüb. Avara həyat tərzi keçirən Samuel Litıl ilk dəfə 1956-cı ildə həbs olunub. Oğurluq, dələduzluq, narkotika və qadın ticarəti ittihamıyla mühakimə olunub. Litılın cinayətinin üstü 2012-ci ildə açılıb. Narkotika asılılığına görə evsizlər sığınacağında həbs olunan Samueldən götürülən DNT nümunələri 1980-ci illərdə törədilən, amma üstü açılmayan cinayət işlərindəki nümunələrlə eyniyyət təşkil edib. 90-na qədər insanı öldürdüyünü etiraf edən 78 yaşlı Samuel üç qat ömürlük həbs cəzasına məhkum edilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...