Dünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - SİYAHI

Dünyanı
Dünyanı idarə edənlər arasında siyasətçilər, biznesmenlər və hərbiçilərlə yanaşı, başqa zümrə də var: "Qanuni oğru" (Vor v Zakoni), yaxud kriminal avtoritetlər. Onlar "yeraltı dünya"nı nəzarətdə saxlayır və daim nüfuz dairəsi uğrunda bir-biri ilə sözün əsl mənasında qanlı müharibə aparırlar.

Sfera.az publika.az-a istinadən dünyanı idarə edən "qanuni oğru"ların kimliyini araşdırıb.

Şakro Maladoy (Rusiya)

Əsil adı Zaxari Kalaşov olan Şakro Rusiya daxil olmaqla, əsasən postsovet məkanına nəzarət edir. Şakro 2003-cü ildə İspaniyada yaşamağa başlayıb. Orada "On birlərin klanı" adında gürcü-rus mafiyasına liderlik edib. 2005-ci ildə İspaniya polisinin keçirdiyi əməliyyat nəticəsində çoxsaylı "qanuni oğru"lar həbs olunsa da, Şakro Dubaya qaçmağı bacarıb. Lakin bir il sonra onu həbs edib İspaniyaya gətirirlər. 2010-cu ilə qədər davam edən məhkəmə prosesində "qanuni oğru"ya 7 il həbs, 20 milyon avro cərimə hökmü çıxarılır.

MDB-də kriminal aləmin ağsaqqalı olan Ded Xasan öldürüldükdən sonra, Rusiyaya dönən Şakro Maladoy onun varisi olaraq bölgəyə nəzarəti ələ alıb. Rusiya hüquq-mühafizə orqanları Şakronu "kriminal aləmin kralı" olaraq qeyd edirlər. Bu il yenidən həbs edilən Şakro ömrü boyu barmaqlıqlar arasında qala bilər. Hələlik məhkəmə prosesi gedir. Lakin o, həbsxanaya düşsə də, krallığını yenə davam etdirəcək.

Matteo Messina Denaro (İtaliya)

Siciliya mafiasının liderlərindəndir. "Diabolik", yaxud "Roleks" təxəllüsü ilə tanınır. Matteo Salvadore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiasının bir nömrəli liderinə çevrilib. 1993-cü ildən etibarən polisdən gizlənir. "Mənim öldürdüyüm insanlarla bir qəbiristanlığı doldurmaq olar" sözləri ilə məşhurdur.

Keniti Sinoda (Yaponiya)

O, Yaponiyanın "Yamaquti-qumi" mafiasına rəhbərlik edir. 27,7 min üzvü olan qruplaşma ən böyük mafia klanlarından hesab olunur. 1962-ci ildə kriminal karyerasına başlayan Keniti hazırda öz qruplaşması daxilində nüfuz dairələrinin bölüşdürülməsi mübarizəsində iştirak edir.

İsmael Zambada Qarsiya (Meksika)
 

"El Mayo Zambada" ləqəbi ilə tanınan "qanuni oğru" Meksikada narkotika ticarətinə rəhbərlik edir. O, dəfələrlə həbsxanaya düşüb. Özü olmayanda, bütün işlərə birinci müavini nəzarət edir.

Davud İbrahim (Hindistan)


Hindistanın "D-Company" adlı ən qüdrətli kriminal klanının rəhbəri olan Davud İbrahimin əsil adı Şeyx Davud İbrahim Kaskardır. O, 1955-ci ildə anadan olub. Terrorçuluq, cinayətkar qruplaşma yaratmaq və digər cinayətlərə görə İnterpol xətti ilə axtarışdadır. Onun sərvəti 6-7 milyard dollar həcmində qiymətləndirilir. Bəzi məlumatlarda isə bu sərvətin 20 milyard dollar olduğu deyilir.

Çanq An-lo (Tayvan)

Tayvan mafiasının lideri "Ağ canavar" ləqəbi ilə tanınır. 2013-cü ildə böyük girov qarşılığında azadlığa buraxılıb. "Ağ canavar" siyasətə də qarışır və Çinlə Tayvandın birləşməsinin tərəfdarı kimi çıxış edir.

İshak Aberdjil (İsrail)


İsrailin ən təhlükəli kriminal avtoriteti sayılan İshak "Aberdjil" mafia klanına rəhbərlik edir. O, qətl, narkotik maddələrin satışı, qumar və çirkli pulların yuyulması cinayətlərinə görə həbsxanadadır. Lakin barmaqlıda olmasına baxmayaraq, bu, onun öz klanını idarə etməsinə mane olmur.

"Komissiya" (bütün Amerika mafiasını idarə edən orqan)


"Komissiya"nın ilk iclası 1931-ci ildə, son iclası isə 1985-ci ildə keçirilib. Qruplaşma üzvləri hazırda əyani şəkildə görüşə bilməsələr də, onlar müasir üsullarla öz addımlarını bir-biri ilə uyğunlaşdıra bilirlər.

"Komissiya"nın tərkibinə Nyu-Yorkun beş "mafia ailəsi" - Bonanno, Qambino, Cenoveze, Kolomb və Lukezze daxildir. Həmçinin, "Çikaqo mafiası" "Komissiya"da təmsil olunur. "Komissiya"ya Amerikanın məşhur kriminal avtoritetləri Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso rəhbərlik edir.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...