Bakı sakinini hədələyib telefonunu əlindən aldılar

Bakı sakinini hədələyib telefonunu əlindən aldılar
 Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun "İphone 7” markalı mobil telefonunu əlindən alıb.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə məlumat verib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

 Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə qarşı hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar artıq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Sabunçu RPİ və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...