Azərbaycan xaricə dondurma satır - FOTOLAR

Azərbaycan xaricə  dondurma satır - FOTOLAR
Azərbaycan İraqa dondurma ixracına başlayıb. Bu barədə  "AER Company Group” MMC-nin təsisçisi Adil Şərifov bildirib.
 
A.Şərifov bildirib ki, dondurmalar artıq yüklənib:
 
"15 ton dondurma bir azdan İraqa yola salınacaq”.
 
O qeyd edib ki, ixrac olunan dondurmalar "Baton” və "Plombir” növlərindəndir:
"Biz ikinci ildir ki, İraq dondurma ixrac edirik. Ötən il 350 ton dondurma satmışıq. Orada özlərinin, Türkiyə və İran istehsalı olan dondurmaların üstünlük təşkil etməsinə baxmayaraq, bizim dondurmaları sevirlər. Bizdə dondurmalar sovet texnologiyası ilə hazırlandığından dadını çox bəyənirlər. Bu il ərzində İraqa1000 ton dondurma ixrac etməyi planlaşdırırıq”.
 
Təsisçi deyib ki, daxili bazarla müqayisədə ixrac olduqca sərfəlidir:
 
"Biz daxili bazarda satdığımız malın pulunu yığmaqda çox çətinlik çəkirik. Xaricə satanda isə tonla və dollarla satırıq. Bu isə ölkəyə dollar gətirilməsidir. Əsas hədəfimiz xarici bazarda mövqeyimizi möhkəmləndirməkdir. Növbəti dəfə Qazaxıstana da dondurma ixrac edəcəyik. Həmçinin gələcəkdə ərəb ölkələrinə çıxmağı da hədəfləmişik”.
 
A.Şərifovun sözlərinə görə, gələcəkdə süd məhsulları da ixrac edəcəklər:
 
"Onlar bizdən süd də almaq istəyirlər. Amma biz hazırda istədikləri qablaşdırmada onlara süd verə bilmirik. Ola bilsin ki, il ərzində süd, pendir və digər süd məhsulları da sataq”.Modern




OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...