Bank Respublika gənclərə komissiyasız kredit kartları təklif edir

Bank Respublika gənclərə komissiyasız kredit kartları təklif edir

Bank Respublika "2 fevral - Gənclər günü” ilə bağlı 2 həftə davam edəcək özəl kampaniyaya start verir.

Kampaniya çərçivəsində Bank, gənclərin arzularına çatdıracaq xüsusi təkliflər təqdim edir.

Belə ki, aksiya çərçivəsində 35 yaşınadək şəxslər bankın kredit və taksit kartlarından rəsmiləşdirmə komissiyası ödəmədən faydalana biləcəklər.

"Kredit Xətti” məhsulu rəsmiləşdirmə komissiyası olmadan, 12 aylıq və maksimal məbləğ 10 min manat olmaqla təklif olunur. Həmçinin 3 min manatadək məbləğlər üzrə zamin tələb edilmir. Müvafiq məhsulun əsas üstünlüyü nağd və nağdsız əməliyyatlar üzrə 45 günədək faizsiz güzəşt müddəti (grace period) imkanının olmasıdır.

Bundan başqa, gənclər 5 il müddətinə rəsmiləşdirilən"PayKart” taksit kartını da 0 % komissiya ilə əldə edə biləcəklər. PayKart taksit kartı gənclərin bir çox sevimli brendlərində faizsiz alış-veriş imkanını yaradaraq bütün ehtiyacları ödəməsini təmin edir.

"Bank Respublika”dan istənilən plastik kartı əldən edənlər, kart ilə yanaşı pulsuz olaraq Mobil və İnternet Şöbə xidmətlərini də hədiyyə olaraq əldə edəcəklər.

Qeyd edək ki, kampaniya fevralın 1-dən fevralın 15-dək davam edəcək.

Bankın bütün müştəriləri vaxt itirmədən bankın rəsmi saytında, eləcə də WhatsApp Kredit xidmətindən istifadə edərək, 050 2459144 nömrəsinə yazaraq kredit kartını sifarişi edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...