Bakının simvolu olan tramvaylar YENİDƏN BƏRPA OLUNACAQ – VİDEO

Bakının simvolu olan tramvaylar YENİDƏN BƏRPA OLUNACAQ – VİDEO
Bir zamanlar Bakının simvolu olan tramvaylar regionda ilk dəfə məhz paytaxtda yaradılıb.

1924-cü ildə Bakıda ilk elektrik tramvayı açılıb. Həmin ildən 2000-ci illərə qədər əhalinin xidmətində olub. Sonra isə necə deyərlər, tarixə dönüb. İndi nə tramvaylar var, nə də həmin ab-hava.

Sakin: "Tramvaylarla gediş-gəliş həm gözlə idi, həm görüntü olaraq da yaxşı idi”.

Sakin: "Həm sürəti normal olur, həm şəhərimizin gözəlliyi artar”.

Sakin: "Həm maddiyyat baxımından, insanların xeyrinə olar, eyni zamanda ekoloji baxımdan yaxşı olar”.

Sakin: "Videolarda, şəkillərdə görmüşəm, gözəl görünür”.

Ekspertlər isə hesab edir ki, yaxın zamanlarda Bakıda tramvay sisteminin işə salınması asan başa gəlməyəcək.

Fərhad Eyyubov – ekspert: "Tramvay xətlərinin çəkilməsi üçün müəyyən yol lazımdır. Əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğun olar. Hal-hazırda Bakı şəhərinin şəhərsalma planlarına görə, şəhərin mərkəzi hissəsində tramvayların işləməsi çox çətindir”.

Mütəxəssilərin fikrincə, yaxın dövrdə tramvayların işə düşməsi yalnız turistik nəqliyyat vasitəsi ola bilər, çünki sərnişindaşıma tramvaylarının yenidən qurulması üçün böyük vəsait və ondan başqa vaxt tələb olunur.

Fərhad Eyyubov – ekspert: "Ola bilər ki, şəhər ətrafında, müəyyən ərazilərdə turist daşımaları üçün gözəl formada yerinə yetirmək olar. Bu da iqtisadi nöqteyi nəzərdən deyil, paytaxtımıza turistlərin cəlb edilməsi üçün, gözəlləşdirmək üçün”.

Tramvay sistemi ekoloji cəhətdən də vacib hesab edilir.

Elməddin Muradlı – ekspert: "Bakıda ictimai nəqliyyat növü azdır. Proqramda da öz əksini tapan məsələ ondan ibarətdir ki, Azərbaycanda ictimai nəqliyyat növlərini sayı artırılsın. Burada həm tramvaylar nəzərdə tutulur, həm dəniz nəqliyyatı”.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində, Finlandiya, Almaniya, Norveç, İsveç, Türkiyədə tramvay vacib nəqliyyat növü hesab edilir. Bakıda isə tramvay sisteminin bərpası 2019-2023-cü illər ərzində reallaşacağı nəzərdə tutulur. Hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi barədə isə hələlik məlumat yoxdur.



OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...