Azərbaycanda yeni ilin ilk günlərində bu məhsullar bahalaşıb

Azərbaycanda yeni ilin ilk günlərində bu məhsullar bahalaşıb
Yanvarın ilk günləri Azərbaycan əhalisi üçün qiymət artımları ilə yadda qaldı. Məlum oldu ki, quzu ətinin qiymətində bahalaşma qeydə alınıb. Kiloqramı 12-12,5 manat olan quzu ətinin qiyməti 14 manata yüksəlib.

Maraqlıdır ki, satıcılar qiymətlərin 1 aya yaxındır qalxdığını deyirlər. Onlar artımın başlıca səbəbi kimi bu aylarda yaşanan quzu qıtlığını göstərirlər. Bildirirlər ki, tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlik bunu əsaslı hesab eləmir. Bildirilir ki, satıcılar bayramqabağı tələbatın artdığını görüb qiymətləri qaldırıblar(XəzərXəbər).
Sfera.az musavat.com-a istinadən xəbər verir ki, yeni ilin ilk günlərindən bahalaşan daha bir məhsul siqaretdir. Siqaretlərin hər qutusunda 20 qəpiklik artım müşahidə olunmaqdadır. Bu artımın əsas səbəbi isə Vergi Məcəlləsinə edilən dəyişiklikdir. Belə ki, dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb.

Yeni ilin ilk günləri bayram, yəni qeyri-iş günüdür. Bu günlərdə xaricdən siqaret idxal olunmayıb – hətta olunsa belə, gömrük rəsmiləşməsindən keçərək bazara çıxması vaxt baxımından qeyri-mümkündür. Bu baxımdan, qiymətlərin dərhal bahalaşması idxalçıların və satıcıların əlavə qazanc istəyindən irəli gəlir. 

Siqaret satıcılarının dediklərinə görə, 20 qəpiklik bahalaşma dekabrın ortalarından bəri siqaret idxalının azalması ilə bağlıdır(?!). Aksizlərin artımına görə bahalaşma isə hələ yanvarın ikinci yarısından başlayacaq və daha böyük olacaq.

Qeyd edək ki, Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı bahalaşacaq məhsullar sırasında Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər də var. Belə ki, bu məhsullar da aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulmalıdır.

Bu isə həmin məhsulların qiymətində artımları qaçılmaz edir. Ticarər şəbəkələrindən əldə etdiyimiz məlumata görə, bütün satış nöqtələrinə qeyd olunan məhsulların kütləvi satışının aparılmaması tapşırılıb. Bildirilib ki, yaxın 2 gündə qiymətlər bahalaşacaq.

OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...