Müəlliməsinə eşq elan etdi, cavab almayınca otağında güllələdi-Foto

09:14 / 03.01.2019
2325
Türkiyənin Ankara şəhərində ağır cinayət hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, dünən saat 17: 00-da Çankaya Universiteti Hüquq Fakültəsi 4-cü kurs tələbəsi Həsən İsmayıl H., universitetin müəlliməsi Ceren Damarı iş otağında güllələyib. Həsən İsmayıl H.nin müəlliməsinə eşq elan etdiyi, lakin rədd cavabı aldığı üçün hadisəni törətdiyi bildirilir. Universitet binasında böyük panika yaşanıb. Əli silahlı tələbə hadisə yerindən qaçıb. Ceren Damar həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada keçinib.