Səbail rayon icra başçısının müavini dəyişdirilib

08:25 / 14.12.2018
2622
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı RİH başçısı Vüqar Zeynalovmüvafiq əmr imzalayıb.
V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub.
O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.Report.az