“Bakı diplomatik danışıqların paytaxtına çevrilib”

“Bakı diplomatik danışıqların paytaxtına çevrilib”
"Bakı artıq çoxdan diplomatik danışıqların növbəti yeni paytaxtına çevrilib”
 
Sfera.az-a açıqlamasında bu sözləri NATO nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin görüş yeri olaraq növbəti dəfə Bakını seçməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirdi ki, ölkəmizdə istənilən tədbirin keçirilməsi üçün yüksək təhlükəsizlik mühiti formalaşıb:

"Artıq üçüncü dəfədir ki, NATO və Rusiyanın yüksək rütbəli nümayəndələri öz aralarındakı məsələləri müzakirə etmək üçün görüş yeri olaraq Bakını seçirlər. Bu hal hər iki mərkəz tərəfindən Azərbaycana göstərilən yüksək etimadın nəticəsidir. Ölkəmizdə istənilən tədbirin keçirilməsi üçün yüksək təhlükəsizlik mühiti formalaşıb. Ən əsası isə Azərbaycan apardığı daxili və xarici siyasətilə beynəlxalq birlikdə yüksək nüfuza sahib olub. Belə görüşlərin keçirilməsi bir tərəfdən dünyada qeyri-müəyyənliyin azalmasına xidmət edir, digər tərəfdən isə Azərbaycana olan münasibəti göstərir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda belə tədbirlərin sayı durmadan artacaq. Ölkəmizdə bunun üçün müvafiq şərait və diqqət vardır. Eyni zamanda, bu gün müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasına maraq göstərirlər. Həm NATO, həm də Rusiya Azərbaycanı öz maraqlarını qoruyan, bununla belə hər iki tərəflə ümumi maraq nöqtələrini axtaran ciddi və nüfuzlu ölkə kimi tanıyır. Azərbaycan beynəlxalq aləmdə də stabilliyin qorunub saxlanılmasına öz töhfəsini verir. Bu gün Azərbaycanla münasibət qurma artıq hər bir ölkə üçün böyük bir şərəf sayılır. Bu baxımdan NATO və Rusiyanın hərbi rəsmilərinin Bakıda keçirdikləri daha bir görüş Azərbaycanın növbəti dəfə aldığı yüksək diplomatik qiymətdir”.
 
Xəbər verdiyimiz kimi, Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib. Hansı ki, bu sözügedən müstəvidə məhz Bakıda baş tutan üçüncü belə görüşdür. Bu da onu göstərir ki, dünyanın aparıcı dövlət və təşkilatlarının Azərbaycana diqqəti artır.
 
ELÇİN
Sfera.az

 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...