Ləğv prosesində olan “Dəmirbank”la bağlı yeni XƏBƏR

Ləğv prosesində olan “Dəmirbank”la bağlı yeni XƏBƏR
Bakı Apellyasiya Məhkəməsinin  İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr  2017-cı il tarixli qərarı ilə "Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Fonddan Sfera.az-a verilən məlumata görə, ləğv prosesində olan "Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb: "Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir".

"Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan "Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və  bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.

 

Fonddan bildirilib ki, ləğv prosesində olan "Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək: "Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur".

OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...