Unibank rəhbərliyində dəyişiklik oldu

Unibank rəhbərliyində dəyişiklik oldu
"Unibank”  KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti Sədrinin Pərakəndə bank xidmətləri və Marketinq üzrə müavini Taleh Tahirli  ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb. 

Taleh Tahirli iş karyerasına 2007-ci ildə Unibankın marketinq şöbəsinin aparıcı mütəxissisi olaraq başlayıb və Unibank onun üçün bir məktəb olub. Öz işgüzarlığı, bank rəhbərliyinin etimadı sayəsində İdarə Heyəti sədrinin müavini vəzifəsinədək yüksəlib. 

Bank rəhbərliyi Taleh müəllimin Bankın inkişafına verdiyi böyük töhfələrə görə ona minnətdarlığını bildirib və bundan sonrakı iş həyatında uğurlar arzulayıb. Taleh Tahirli Unibankdakı fəaliyyəti dövründə özünü peşəkar bank meneceri və istedadlı iş adamı kimi göstərib. 

Unibankın bazarda liderlərdən biri olmasında onun böyük əməyi qeyd edilib. Bankın səhmdarları dürüst və səmərəli işinə görə Taleh Tahirliyə minnətdarlığını bildirib.
 
 Sfera.az


OXŞAR XƏBƏRLƏR