Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

İqtisadiyyat
00:14 / 19.05.2018
7480
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 81,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 77,42 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,34 dollar/barel çoxdur.