“Neftin 80 dollar olması Azərbaycana külli miqdarda qazanc gətirəcək”

22:00 / 17.05.2018
3764
"Neftin qiymətinin 80 dollar olması Azərbaycana külli miqdarda mənfəət gətirə bilər”.
Sfera.az xəbər verir ki, bunu "BBC Azərbaycanca”ya enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyib. Onun sözlərinə görə, qiymət bu səviyyədə qalsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar.
2014-cü ildən bəri ilk dəfə neftin qiyməti 80 dolları keçib.
Ekspert, həmçinin ABŞ-ın neft emal zavodlarının iyun ayında təmirə bağlanmasını da səbəb kimi göstərir.
Onun sözlərinə görə, ötən il neftin orta qiyməti 54 dollar idi və bu, Neft Fonduna 6,3 milyard xalis mənfəət gətirib.
Hazırkı qiymətlə isə bu rəqəm 9 milyard dollara qədər arta bilər.
Təhlilçi bununla yanaşı neft qiymətlərinin heç vaxt stabil qalmadığını da qeyd edir.