İpoteka krediti götürmək istəyənlərə şad xəbərimiz var - VİDEO

İpoteka krediti götürmək istəyənlərə şad xəbərimiz var - VİDEO
Bu kredit növü üzrə sığorta tarifləri aşağı salınacaq. Qeyd edək ki, tariflərin 10-15 faiz endirilməsi nəzərdə tutulur.

İpoteka kreditləri üzrə sığorta tarifləri endiriləcək.
Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub. Görüşdə Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib. Görüşün əsas müzakirə mövzusu İpoteka Fondunun "İpoteka haqqında" qanunun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi olub.

Görüşdə tərəflər mövqelərini ifadə ediblər və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, görüş zamanı ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib.

Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.
  ]

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...