Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək

Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək
Unibank daha bir layihəyə imza atdı.
 
Sfera.az bildirir ki, bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.
 
2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı "Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib: "Biz bu böyük dəstəyə görə Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək. Güllə atıcılığı üzrə milli paralimpiya komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib”. 

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də sevindiricidir deyən "Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir təcrübəsi olduğunu xatırladıb: "Unibank uzun illər futbolun inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə layihələrin iştirakçısı olmuşuq.  Biz çox şadıq ki, belə mühüm bir layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların yanında olacağıq”.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi Əkbər Muradov  da Unibank-ın bu qərarının bütün komanda üzvlərini çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib: "Bu dəstək komandamızın qələbə  əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu böyük dəstək üçün Unibank-a minnətdarıq”.
 
 






OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...