\"Dollar yenidən bahalaşa bilər\" - Ekspertdən PROQNOZ

\
Son illərdə dollar məzənnəsinin artması, manatın isə azalması iqtisadi baxımdan bir çox sektorlara təsir etdi. Bəs indiki vəziyyətdə vətəndaşlar gəlirlərini hansı valyutada daha etibarlı şəkildə saxlaya bilərlər? Dollar, manat, qızıl, daşınmaz əmlak - bunlardan hansı etibarlıdır? Uzun müddətli və qısa müddətli yığım üçün hansı daha sərfəlidir? 
 
Sfera.az saytının əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Natiq Cəfərli bildirib ki, qarşıdan gələn illərdə dolların yenidən bahalaşması gözlənilir:
 
"Federal Reserv sisteminin yeni prezidenti Cerom Pavellin çıxışlarından belə nəticəyə gəlmək olur ki, yaxın aylarda FED-in faiz artımlarına getməsi ehtimalı var. Və dünyada dollar indeksinin qalxma ehtimalı çox yüksəkdir. Buna açıq işarələr var. Bildiyimiz kimi, dollar kifayət qədər bahalaşdı və bunun üçün dollar-manat məzənnəsini hökumət sabit saxladı. Bunun təsirini isə yaranan çarpaz məzənnənin təzyiqini Avro üzərindən artırdı. Avro son bir ildə təqribən 20% bahalaşıb".
 
Ekspert hazırda dolların ən etibarlı valyutalardan olduğunu deyib:
 
"Çox baha olduğuna görə, avro almaq biraz təhlükəli görünür. Qısa və orta vadədə bu il ərzində məhz manat kütləsinin dollarda saxlanılması daha məqsədə uyğundur. Dollar məzənnəsi sabitdir, ona görə də indiki vəziyyətdə manatı dollara çevirmək daha məqsədə uyğundur”.

Natiq Cəfərli daşınmaz əmlakla bağlı isə eyni dərəcədə pozitiv danışmayıb:

"Daşınmaz əmlakla bağlı bunları demək biraz çətindir. Çünki Azərbaycanda hələ də daşınmaz əmlak qiymətləri normal səviyyədə deyil. Böyük neft pulları dövründə qiymətlər "şişdi". Bakıdakı mənzillərin qiyməti Avropa ölkələrindəkindən də baha idi. 1-2 il sonra qiymətlərin daha aşağı və daha normal olması ehtimalı yüksəkdir. Qiymətlərin aşağı enməsi gözlənildiyi üçün pulu daşınmaz əmlaka vermək məsləhət deyil”.

Onun sözlərinə görə, dollarla qızıl çarpaz mütənasib prinsipi ilə hərəkət edir: 
 
"Qızıl isə belədir ki, dolların qalxması halında qızılın qiyməti bir o qədər düşür. Yəni, qızıla  yatırım etmək də riskli sayılır. Çünki dolların qalxma ehtimalı daha yüksəkdir".

Ekspert pulun bir hissəsinin milli valyuta olan manatda saxlanmasını da məsləhət görür:
 
"Manatı olanların bunun bir qismini manat şəklində saxlaması da yaxşı olar. Çünki tez-tez dollara çevirib, sonra lazım olduqda manata çevirdikdə məzənnə fərqində itirə bilərlər. Ona görə də gündəlik xərcləri manatda saxlayıb, qalan sərbəst hissəsini dollara çevirmək mənim fikrimcə daha məqsədə uyğundur”. 
 

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...