Banklara niyə etibar etməliyik? - İqtisadçılardan TÖVSİYƏ

Banklara niyə etibar etməliyik? - İqtisadçılardan TÖVSİYƏ
Son dövrlərdə bir çox banklar bağlandı. Belə vəziyyətdə insanları hansı banklara etibar etmək məsələsi düşündürür.
 
Sfera.az bu haqda tanınmış iqtisadçıların fikrini öyrənib: 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bank sektorunun ən böyük problemi kreditlərdir: 
 
"İstənilən bankda problemli kredit məsələsi yaşanır. Banklarda problemli kreditlərin həcmi artırsa, deməli o bankların tam gücü ilə fəaliyyət göstərməsi üçün imkanları məhdudlaşır. Dünya praktikasında problemli kreditlərin həcmi 3%-dən yuxarı olduqda həmin banklarda yenidən kredit siyasətinə baxılır. Azərbaycanda rəsmi rəqəmlərə görə, ümumi bank sektorunda kreditlərin həcmi artaraq 15%-i keçib. Elə banklar var ki, bu hədd hətta 30-35%-i keçib. Beynəlxalq agentliklərin hesablamalarına görə, bəzi banklarımız artıq bu siyahıya daxil olub. Ona görə də digərlərinə nisbətən ayaqda güclü dura bilən banklar haqqında danışmaq olar. Buna baxmayaraq, ümumilikdə bank sektorunda ciddi problemlər var".

Ekspertin fikrincə belə vəziyyətdə vətəndaşlar üçün ən yaxşı həll yolu bazarda oturuşmuş banklara etibar etməkdir: 
 
"Ümumilikdə götürdükdə təbii ki, bazarda oturuşmuş banklardan bir neçəsi var ki, onlar digərlərinə nisbətən daha bəyanatlı görünür. Həmin siyahıya ilk növbədə Kapital Bankı daxil edə bilərik. Beynəlxalq Bankın problemləri çoxdur amma dövlət dəstəyi olduğu üçün hələ də ən böyük banklardan biridir. 3-cü isə Paşa Bankdır. Bəzi belə banklar var ki, digərlərinə nisbətən daha sağlam şəkildə ayaqda dururlar".

İqtisadçı alim Vüqar Bayramov isə banklara etibar edərkən vətəndaşların diqqət etməli olduqları məqamları xüsusi vurğulayıb:
 
"Vətəndaşlar banklara etibar edərkən seçim qarşısında qalırlar. Düşünürəm ki bankların adlarını çəkmək biraz məqsədə uyğun deyil. Hansısa bankın adının qeyd edilməsi digər banklara haqsızlıq olar. Amma, vətəndaş banka əmanət etdiyi zaman bir neçə məqama diqqət yetirməlidir. Bunlardan biri ondan ibarətdir ki, əvvəla banklar illik hesabat elan etməlisdirlər. Bank illik hesabatını mütləq ictimaiyyətə açıqlamalıdır. u haqda məlumatı öz rəsmi internet səhifəsində yerləşdirməlidir. Əgər bank hesabatlarını internet səhifələrində yerləşdirmirsə, deməli həmən banka güvənmək, hesabda pul saxlamaq və depozit yerləşdirmək olmaz. Yalnız o banklarda depozitin yerləşdirilməsinə ehtiyac var ki, həmin banklar öz hesabatların daimi olaraq ictimaiyyətə açıqlayır. Birinci mərhələ hesabatların internet səhifələrinə yerləşdirməmələridir. Digər tərəfdən isə vətəndaş bankın zərərlə işləyib işləməməsinə baxmalıdır. Əgər bank ötən il zərərlə işləyibsə, həmən banka əmanətin yerləşdirilməsi arzu olunan deyil. Banka depozit yerləşdirmək istəyən vətəndaş bilməlidir ki, bankın mənfəəti və zərəri nə qədərdir. Nəzərə alsaq ki, bu gün əhəmiyyətli bankların sayında azalma var, vətəndaşların depozit yerləşdirmələri zaman diqqətli olmaları şərtdir".
 
Vüqar bayramov yüksək faiz verən banklarla ehtiyatlı olmağı tövsiyə edib:
 
"Əmanət banka yerləşdirildiyi zaman əmanətin sığortalı paketlə yerləşdirilməsinə diqqət etmək lazımdır. Bəzi hallarda vətəndaş daha yüksək faiz verən banklara əmanət yerləşdirir ki, daha çox gəlir əldə etsin. Və sonda vətəndaşın məbləği qorunmadığı üçün vətəndaş bəzi problemlərlə üzləşir. Vətəndaş banka depozit qoyduğu zaman diqqət yetirəcəyi birinci mövzu sığortalı paketin olmasıdır. Çünki sığortalı paketlə gələcəkdə depozitin geri qaytarılması daha rahat başa gəlir”.
 

Nihat Hüseynzadə

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...