Tibbdə görünməmiş müalicə üsulu - Xərçəng xəstəsi qız sağaldı

Tibbdə görünməmiş müalicə üsulu - Xərçəng xəstəsi qız sağaldı
Bu hadisə bir neçə il əvvəl ABŞ-ın Filadelfiya ştatındakı Filipsburq şəhərində yaşayan Tom və Keri Uaythedlərin ailəsində baş verib. Onkoloqlar onların limfoblastik leykemiya xəstəsi olan 7 yaşlı qızları Emmanı müalicə etməyə çalışsalar da, həkimlərin səyi nəticə verməyib. Lakin valideynləri Emmanı itirmək istəmirdilər...

5 yaşından leykemiya xəstəsi olan Emmanın kəskin limfoblastik leykozunu kimyaterapiya yolu ilə də müalicə etmək mümkün deyildi. Çıxış yolu sayılan onurğa beyninin transplantasiyası üçün də yetərli remissiya yox idi.

Onkoloji Xəstəliklər Mərkəzində alternativ müalicə yolu seçərək tibb tarixində indiyədək görünməmiş müalicə üsulunu məhz onun üzərində sınaqdan keçiriblər. Qızın bədəninə bir sıra fəaliyyət effektləri zəiflədilmiş HİV/QİÇS virusu yeridilib. Virus Emmanın bədəninə yeridiləndən sonra fəsadlar yarana bilərdi. Əgər 48 saat sonra fəsadlar ifrat dərəcədə ağırlaşsaydı, xəstəni həyata qaytarmaq mümkün olmayacaqdı...

Virus vurulandan sonra qızdırması yüksələn qız koma vəziyyətinə düşüb. Bir müddət sonra onun bədən hərarəti aşağı enməyə başlayıb. Həkimlər CTL019 adlı immun toplusu sistemi vasitəsilə qızın orqanizmindəki limfoblastoma hüceyrələrini təsirsiz vəziyyətə salmağa çalışıblar. Proses zamanı xəstə orqanizmindəki T-limfositlər bir araya gətirilib, onlardan nümunə alınıb və laboratoriya şəraitində CD19 adlı protein əlavə olunandan sonra yenidən xəstəyə vurulub.

T-limfositlərin limfoblastik leykoz nəticəsində zədələnmiş B hüceyrələrinə qarşı çevrilməsi qızın immunitetini genetik səviyyədə dəyişdirərək onun xərçəngə qalib gəlməsinə səbəb olub. Emma Uaythedin orqanizmində bir qədər dəyişmiş T-hüceyrələr qalsa da, onların sayı çox azdır.

Alimlərin verdiyi məlumata görə, belə müalicə üsulu tətbiq ediləndə fəsadlı B-hüceyrələrlə yanaşı, sağlam hüceyrələr də ölür və xəstə müxtəlif infeksiyalar qarşısında çarəsiz qalır. Ona görə də Emmaya immunqlobin vurulub. Həmin əməliyyatın uğuru onkologiyada sıçrayış sayıla bilər.(Azərtac)

OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...