Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb
 Hamının qorxduğu hadisə baş verib. 132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da Instagram sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb.

Bu barədə Oxu.Az-a açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin geyinib-soyunma otağında gizli kamera vasitəsi ilə çəkilən video geniş müzakirələr səbəb olub. Videoda keçmiş müdafiə naziri Dadaş Rzayevin 11-ci sinif şagirdi olan nəvəsi 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olur. Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

"Görünür ki, qız bundan əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır. Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var. İndi isə mənə belə sahbətlər çatıb ki, oğlan keçmiş nazirin nəvəsi olduğu üçün jurnalistlərə zəng vurub onun barəsində heç nə yazmamağı tələb ediblər”, - Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, məktəbdən qovulma ən ağır cəza deyil. Cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir. K. Ağazadə qeyd edib ki, qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır.

"İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pronoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?”, - K. Ağazədə sual verir.

Hüquq-müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:

"Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edən cəmiyyətdə yaşamırıq”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...