Xərçəng və diabet xəstəliyinin çarəsi!

Xərçəng və diabet xəstəliyinin çarəsi!
 Sağlam qidalanma və pəhriz mütəxəssisi Ayça Gülərüz təzə fındığın xərçəng hüceyrələrini məhv etdiyini açıqlayıb.

Sfera.az dietoloqun fındığın faydaları haqqında fikirlərini təqdim edir.

Fındıq E vitamini baxımından zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasını qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə qızdırma, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immun sistemini gücləndirir.

Əsəbləri möhkəmləndirir

Tərkibindəki qida elementləri sayəsində əsl sağlamlıq anbarı olan fındıq B6 vitamini baxımından da zəngindir. B6 vitamini sinir sisteminin düzgün işləməsini təmin edir. Həmçinin seratonin, melatonin və epinefrin hormanlarının ifrazı B6 vitamininin dəstəyi ilə baş verir.

Beyin sağlamlığını qoruyur

Fındıqda protonosiyanidin, kersetin və kaemferol kimi maddələr var. Bu maddələr flavonoidlər qrupuna aiddir. Flavonoidlər beyin sağlamlığını qoruyur, fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, fındıq triptofan və izolosin amin turşularıyla zəngin olduğundan zehni və psixoloji olaraq müsbət təsir göstərir.
Fındıqdakı zülallar, liflər və yağlar toxluq hissini artırır. Bu da həddən artıq yemək istəyinin qarşısını alır. Həddindən artıq fındıq yemək əksinə, köklüyə səbəb olur. 1 ovuc fındıq təxminən 25 qram və 150 kalori edir.

Diabet riskini azaldır

Ürəyi qoruyur

Fındıqda ürək sağlamlığını qoruyan təbii yağlar var. Bu yağlar pis xolesterin səviyyəsinin azaldır, orqanizmdə yaxşı xolesterin səviyyəsini isə yüksəldir. Elmi tədqiqatlarda məlum olub ki, hər gün təzə fındıq yeyən insanlarda infarkt riski aşağı düşür. Eyni zamanda fındıq dəmir, mis, selen, maqnezium, kalium, fosfor, sink kimi minerallarla boldur. Maqnezium orqanizmə daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində çox mühüm rol oynayır. Maqnezium əzələ gərginliyini azaldır və əzələ yorğunluğunu, spazma və s. bu kimi ağrılarn qarşısını alır.

Araşdırmalar göstərib ki, mütəmadi olaraq fındıq yeyən diabet xəstələrinin səhhəti yaxşılaşıb.

Xərçəng hüceyrələrinin inkişafına səbəb olan amilləri aradan qaldırır. Fındıqda olan beta-sitosterol birləşməsi döş və prostat xərçəngi riskini azaldır.
Təzə fındıq bağırsaq hərəkətlərini aktiv hala gətirir, həzm sisteminin işini asanlaşdırır.

Qocalma prosesini ləngidir

Fındıqda olan antioksidantlar dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq dərinin daha sağlam görünməsini təmin edir. Eyni zamanda E vitaminini ölü hüceyrələri aradan qaldıraraq ultrabənövşəyi şüaların səbəb olduğu dəri xərçənginin qarşısını alır. Antioksidantlarla yanaşı flavanoidlər də dəri hüceyrələrinin regenerasiyasını (Orqanizmin itirilmiş, zədələnmiş üzvlərinin və toxumalarının bərpa etməsi) dəstəkləyir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...