Təqvimdə dəyişiklik edildi

Təqvimdə dəyişiklik edildi
 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi "2018-ci il üçün iş vaxtının norması”nda və "2018-ci ilin istehsalat təqvimi”ndə dəyişikliklər edib.

Sfera.az xəbər verir ki, prezidentin "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə "2018-ci il üçün iş vaxtının norması”nda və "2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.

Bu barədə Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, qərara əsasən, "2018-ci il üçün iş vaxtının norması”nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır”.

Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin "2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "168” rəqəmi "159” rəqəmi ilə, "175” rəqəmi "184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "469” rəqəmi "460” rəqəmi ilə, "502” rəqəmi isə "511” rəqəmi ilə əvəz edilib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki "İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.

OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...