İran azərbaycanlı alimlə bağlı qərar verdi: edam ediləcək

İran azərbaycanlı alimlə bağlı qərar verdi: edam ediləcək
 İran Ali Məhkəməsi əslən azərbaycanlı olan Brüssel Universitetinin müəllimi Əhməd Rza Cəlaliyə qarşı edam cəzasını təsdiq edib.

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "VTM Nieuws” saytı yayıb. Dekabrda İran Ali Məhkəməsinin edam cəzasını qüvvədə saxladığını, amma sonradan Cəlalinin qərardan apellyasiya şikayəti verdiyinə görə, icranın dayandırıldığı bildirilib. İndi isə bu apellyasiya şikayəti rədd edildiyinə görə, vəkilləri Ali Məhkəmənin qərarının yekun olduğunu söyləyiblər. Onların fikrincə, bundan sonra hökumət qərarı istənilən vədə icra edə bilər.

Qeyd edək ki, keçən ilin dekabrında İran Müdafiə Nazirliyinin Əks-kəşfiyyat İdarəsi Cəlalinin 2010-cu ildə öldürülən İran fizikləri Məsud Əli Məhəmmədi və Məcid Şəhriyari haqqında MOSSAD-a necə informasiya verməsiylə bağlı etirafını yaymışdı. İran kəşfiyyatı həmçinin Cəlalinin MOSSAD xəfiyyələri ilə 50 dəfə görüşdüyü və hər görüşdə 2000 avro aldığını bildirmişdi. Ardınca isə Tehran Prokurorluğu onun MOSSAD-a çalışdığını, eləcə də Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurduğunu etiraf etdiyini bəyan etmişdi.

İsveç və İran vətəndaşlığına malik olan Cəlali sonradan yaydığı açıqlamada ona bu etirafların azadlığa buraxılmaq qarşılığında zorla etdirildiyini bildirmişdi.

2010-2012-ci illər ərzində İranın uranın zənginləşdirilməsi sahəsində çalışan 4 alimi qətlə yetirilib. İran bu qətllərdə ABŞ və İsraili ittiham edib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...