18 yaşlı hamilə qadın evində ölü tapıldı
Hadisə
10:26 / 05.02.2018
1415
Sumqayıt şəhərində18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.
Sfera.az "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Betonzavod ərazisində,Gecəqondu məhəllələrindən birində baş verib.
Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.
Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub.
Faktla bağlı araşdırma aparılır.