5 binanın arasında göydələn tikilir: “İşığa həsrət qalacağıq” - FOTOLAR

5 binanın arasında göydələn tikilir: “İşığa həsrət qalacağıq” - FOTOLAR
 Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə,  adı məlum olmayan tikinti şirkətinin nümayəndələri  ərazidə  hazırlıq işləri aparır, ölçü götürürlər. 

Sfera.az xəbər verir ki, "Yeni Müsavat”ın müxbiri adıçəkilən ərazidə olub, vəziyyəti müşahidə edib.

Haqqında danışılan ərazi 5 binanın həyəti, gediş-gəliş yolu və avtomobil dayanacağıdır. Bununla yanaşı, binaların qarşısında yaradılan kiçik park isə insanların istirahət məkanıdır. 
 
Sakinlər deyir ki, əgər həmin ərazidə çoxmərtəbəli bina tikilərsə sadalanan bütün imkanlar ləğv olunacaq: "Gördüyünüz kimi,  bu ərazidə avtodayanacaq, park və 10-a yaxın çoxillik ağaclar var. Bizdə olan məlumata görə, hansısa şirkət bu ərazidə 16 mərtəbəli bina tikmək niyyətindədir. Təsəvvür edin ki, burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi   tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də günəş şüasının qarşısı alınacaq. Beş binanın sakinləri bu yolla hərəkət edir. İki əsas yol var ki, o da məcburi şəkildə ləğv olunacaq. Avtomobil dayanacağa, əsas yola çıxmaq üçün dolana-dolana hərəkət etməli olacağıq”.

Sakinlər bildirir ki, qazıntı işlərinə başlanılsa binanın həyətinə toplaşaraq etiraz aksiyası keçirəcəklər: " İki həftədir ki, binamızın qarşısında bünövrə qazıntısı üçün hazırlıq işləri aparılır. Bunu nə qədər gizli şəkildə aparsalar da,  bəlli olur. Tikinti şirkəti bina sakinlərindən xəbərsiz, sakit qaydada öz istəklərini həyata keçirməyə niyyətlidir. Bir neçə dəfə əraziyə naməlum şəxslər gələrək, tikinti ilə bağlı müzakirələr aparıblar. Lakin bu barədə sakinlərə bir söz deyən olmayıb. Hazırlıq işlərindən bəlli olur ki, ərazidə hündürmərtəbəli binanın tikilməsi  nəzərdə tutulur. Hələlik bu vəziyyətə səssiz qalırıq, qazıntı işlərinə başlanmasını gözləyirik. Əgər belə bir hal olarsa, beş binanın sakinləri ayağa qalxacaq. Həmin əraziyə toplaşıb, etiraz aksiyası keçirəcəyik. Kimsə bina tikib, pul qazanacaq deyə, bizim uşaqlarımız, qocalarımız zülm çəkməlidir. Buna imkan verməyəcəyik”.

Qeyd edək ki, həmin ətrafda başqa bir çoxmərtəbəli bina da mövcuddur. Lakin bu bina tikintisi normalara uyğun aparılıb. Sakinlərlə söhbət zamanı da həmin bina ilə bağlı hər hansı şikayətin olmadığını öyrəndik.

Binanın tikinti və satış şöbəsinə məsul olan Rizvan Məmmədovşirkətin tikinti normalarına tam riayət etdiyini vurğulayıb: "Binanın tikintisi yekunlaşıb, artıq yaşayanlar var. Biz burada bina inşa edən zaman əhatəmizdə olan sakinlərin razılığını aldıq və ətrafda abadlıq işləri aparacağımıza dair vəd verdik. İki binanın həyətində bir sıra abadlıq işləri apardıq. Yeni ağaclar əkdik, yaşıllıqlar saldıq.  Uşaqlar üçün atraksionlar, böyüklərin istirahəti üçün skamyalar quraşdırdıq. Bir neçə gündür ki, sakinlər tədirgindir. 20-ə yaxın sakin bizə müraciət etdilər ki, binalarının  həyətində tikinti işləri aparmaq istəyirlər. Qeyd edim ki, həmin ərazidə tikinti aparmaq məsafə baxımından  normalara uyğun deyil. Salınan mini park, ərazidə olan ağaclar məhv olacaq. İnsanların hərəkəti məhdudlaşacaq. Açığı desəm, bu tikinti bizim də işimizə mane olacaq. Təsəvvür edin ki, 16 mərtəbəli binanın qarşısında başqa bir çoxmərtəbəli bina olarsa, beşmərtəbəli binalara günəş şüası düşməyəcək. Ensiz bir ərazidə tikinti işləri aparmaq isə ətrafda yaşayan sakinlərin həyatını cəhənnəmə döndərəcək”.

Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov tikinti normalarını belə izah edib: "Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə  hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.
 

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...