Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi - FOTO

Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi - FOTO
 Rusiya baş naziri Dmitri Medvedev həmyerlimiz olan Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.
Rusiya baş nazirinin müvafiq sərəncamı bu gün hökumət saytında dərc olunub.
"Talıbov Azər Mütəllim oğlunun Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilsin”, deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri olub.  İqtisadi İnkişaf Nazirliyində isə həmyerlimiz bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.
Azər Talıbov 1979-cu il 10 fevral tarixində Moskva şəhərində doğulub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.
Həmyerlimiz Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub.

Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi - FOTO


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...