Bağırsağında 3 büküm narkotik gizlətdi - Sərhəddən keçə bilmədi
Hadisə
13:08 / 01.02.2018
958
Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında 3 ədəd bağlamada narkotik vasitələr - xalis çəkiləri 173,265 qram heroin və 20,62 qram tiryək, həmçinin 24,25 qram psixotrop maddə - metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.