27 yaşlı oğlan özünü tövlədə asdı

Hadisə
10:20 / 31.01.2018
972
Şabran rayonunda intihar hadisəsi baş verib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Gəndob kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.