Səhiyyədə biabırçılıq: xəstə can hayında, ambulans isə tapılmır

Səhiyyədə biabırçılıq: xəstə can hayında, ambulans isə tapılmır
 Azərbaycanın səhiyyə sistemində daha bir biabırçılıq qeydə alınıb.

Sfera.az yenicag.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən "Şuşa şəhərciyi”nin sakinləri təcili tibbi yardımdan şikayətçidirlər.

Məsələ burasındadır ki, sözügedən ərazinin tibb məntəqəsində cəmi bir ambulans var və bu da ciddi nöqsan hesab olunur. Vəziyyəti ağırlaşan xəstə üçün təcili tibbi yardıma zəng edildikdə "Hazırda həkimlər başqa bir xəstənin yanındadırlar. Gözləyin, ordan çıxandan sonra gələcəklər” cavabı verilir. Bu isə həkimlərin çağırış olan evə təxminən 1 saata yaxınlaşması deməkdir. Bu proses demək olar ki, hər gün təkrarlanır. Belə olan halda isə xəstənin həyatı üçün ciddi təhlükə yaranır.

Şikayətləri nəzərə alaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. O, ötən həftənin şənbə günü məsələni araşdıracağını və yalnız bundan sonra bizə cavab verəcəyini dedi. Lakin, həftənin birinci günündən etibarən Liya Bayramova ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermir.

Görünür, nazirlik rəsmisi üçün həmin ərazidə yaşayan vətəndaşların həyatı elə də önəmli deyil.

Məsələni diqqətdə saxlayacağıq.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...