Azərbaycanlılar ən çox nədən ölürlər?
13:21 / 22.01.2018
1138
Azərbaycanda əhali arasında ölümün əsas səbəbi açıqlanıb.
Sfera.az-ın xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə əsasən, 2017-ci ildə Azərbaycanda vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından dünyasını dəyişib.
Deputat qeyd edib ki, bu sahədə ciddi tədbirlər görülməlidir.