Göyçayda yol tikintisi zamanı torpaq uçqunu: fəhlə öldü

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu: fəhlə öldü
 Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.

Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...