Alışanov xanım direktoru işdən çıxarıb - AzTV-də nə baş verib?

Alışanov xanım direktoru işdən çıxarıb - AzTV-də nə baş verib?
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov televiziyanın daha bir yüksək vəzifəli şəxsini işdən uzaqlaşdırıb.
 
Sfera.az "BakuPost”a istinadən xəbər verir ki, sədr AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın şirkətdəki fəaliyyətinə son verib. 

M. Məmmədova xeyli müddət işə gəlməyib. İşçilərə gah onun məzuniyyətə çıxdığı, gah da başqa işlə əlaqədar şirkətə gəlmədiyi deyilib. Lakin bir neçə gün öncə M. Məmmədovanın TV ilə yollarının ayrıldığı rəsmən elan edilib.

Mehriban Məmmədova AzTV-də 2 ildən çox çalışıb. Bundan əvvəl isə uzun müddət İTV-də müxtəlif vəzifələrdə olub. Onu da bildirək ki, prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verib. O, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olub.

Bələ bir şəxsin qəfil işdən uzaqlaşdırılmasının səbəbinə gəlincə, onun bir müddət əvvəl müavin postundan uzaqlaşdırılan, sədrin "qara siyahısı”na düşən Elsevər Dünyamalıyevlə yaxınlığı göstərilir.  

Sayt M. Məmmədovanın özü ilə əlaqə saxlayıb. Sabiq departament rəhbəri bununla bağlı danışmaq istəmədiyini deyib: "Bu informasiya sizə niyə görə maraqlıdır ki? İnformasiyanı sizə kim verib? Mən bu məsələ ilə bağlı açıqlama vermək istəmirəm".

AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova açıqlamasında onun TV ilə yollarını ayırdığını təsqidləyib. Bildirib ki, M. Məmmədova işdən öz ərizəsi ilə ayrılıb: "Bəli, Mehriban xanım işdən çıxıb. Bir müddət əvvəl ərizə yazıb, işdən azad olunmasını xahiş edib. Şirkət də onun xahişini nəzərə alıb”.

"Mehriban xanım işdən azad olunma səbəbi kimi nəyi göstərib” sualına isə X. Qasımova "öz istəyi ilə gedən adamdır, mən niyə getdiyini dəqiq bilmirəm” deyə cavab veri

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...