Bakıda qadınlara qənim kəsilən cibgir "zek"lər tutuldu

Hadisə
17:18 / 19.01.2018
1117
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.
DİN-dən Sfera.az-a verilən məlumata görə, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib.
Araşdırma aparılır.