Yol polisi qərarsız protokolları sildi

Yol polisi qərarsız protokolları sildi
 Yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib.

Sfera.az xəbər verir ki, buna səbəb cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılması və cərimə qərarı rəsmi qaydada onlara təqdim etməsidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev bildirib ki, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. 

"Hətta vaxtın tamam olmasına bir gün qalsa belə, həmin sürücünü tapıb, protokolları təqdim edib, qərar qəbul etmək mümkündür. Qanunvericilikdə konkret göstərilir ki, bir il müddətində qərar çıxarılmırsa, inzibati işə xitam verilir. Lakin inzibati xətanı törətmiş şəxs bilərəkdən qaçıb gizlənirsə, o halda bu müddətin axımı dayanır”.

Polis polkovniki əlavə edib ki, 2012-ci ildən bu günə qədər Mərkəzi Məlumat Sistemində qərarı verilməyən bütün elektron protokollara xitam verilib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...