Polis mayoru oğrunu belə yaxaladı

Polis mayoru oğrunu belə yaxaladı

Xətai Rayon Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Arif Həbibli qadının pul qabını oğurlayan şəxsi yaxalayıb.

Sfera.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə mayın 10-da baş verib. Polis mayoru növbədən sonra evinin yaxınlığındakı parkda dincəlib. Bu zaman iki uşaqla parkda gəzən qadının pul qabının oğurlandığının şahidi olub. A.Həbibli arxasınca qaçdığı şəxsi yaxalamağa müvəffəq olub.

O, bu barədə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə məlumat verib və həmin şəxsi hadisə yerinə gələn əməliyyat qrupunun əməkdaşlarına təhvil verib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə yaxalanan şəxsin Bakı şəhər sakini Anton Çernov olması müəyyən edilib. A.Çernovun oğurladığı, içərəsində 829 manat, bankomat kartları və sənədlər olan pulqabı zərərçəkmiş qadına qaytarılıb.

Araşdırmalarla həmçinin A.Çernovun Xətai rayonu ərazisində müvəqqəti yaşadığı mənzildən kirayə haqqını ödəmədən çıxıb getməsi, hətta oradan 2 ədəd kondisioner, paltaryuyan, soyuducu, kombi, soba, televizor və ev telefonunu oğurlaması da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, A.Çernovun digər cinayətlərdə iştirakı araşdırılır.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR