Tramp: "Venesuelaya mən rəhbərlik edəcəm"

Tramp: "Venesuelaya mən rəhbərlik edəcəm"
Kateqoriya məlum deyil
T

Prezident Donald Tramp Venesueladakı vəziyyətə ölkənin müdaxiləsinə nəzarət edəcək ABŞ rəsmilərinin adlarını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, o bu barədə “NBC News”a verdiyi müsahibədə bildirib. Buna uyğun olaraq, ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, Ağ Ev aparatının rəis müavini Stiven Miller və ABŞ vitse-prezidenti  Ceyms Devid Vens Venesuelanın idarə olunmasında iştirak edəcəklər.

 

Lakin sonda kimin rəhbərlik edəcəyi soruşulduqda, Tramp bir sözlə cavab verib: "Mən".

 

Eyni müsahibədə ABŞ prezidenti əlavə edib ki, ABŞ-nin keçmiş prezident Nikolas Maduronu həbs etməsindən sonra prezident səlahiyyətlərini icra edən Venesuela vitse-prezidenti Delsi Rodrigez ABŞ rəsmiləri ilə əməkdaşlıq edir. Lakin Amerika lideri qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatından əvvəl Rodrigezlə heç bir əlaqəsi olmayıb. Bundan əlavə, ABŞ prezidenti Rodrigez ABŞ ilə əməkdaşlığı dayandırarsa, Venesuelaya ikinci hərbi müdaxilə edə biləcəyinə işarə edib.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR