ŞOK VİDEO: "Bədbəxt balam,2 oturacağın arasında sıxışıb qalıb,beyni partlayıb" - NİŞANLI ROZANIN ANASI

ŞOK VİDEO:
Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi.

Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınacaq.

Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç dərsə getmək istəmirmiş.

– Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi ki, ay ana, bayramın səhərisidi, gəl de görüm, nə geyinim ki, qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb qalıb, beyni partlayıb”.

Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır:

"O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən, zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm, gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla bərabər basdırın”.

Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni gözyaşlarsız seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq. Ruhu şad olsun.



ŞOK VİDEO:
ŞOK VİDEO:
ŞOK VİDEO:
ŞOK VİDEO:


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...