Azərbaycanda daha bir bankir vəzifəsindən getdi

Azərbaycanda daha bir bankir vəzifəsindən getdi

"AccessBank" QSC-nin rəhbərliyində daha bir dəyişiklik olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bankın Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bankı tərk edib.

Onun yerinə hələlik heç bir təyinat yoxdur.
 
Bankdan məsələyə münasibət bildirilməyib.

Qeyd edək ki, K.Ağayev bankda əmək fəaliyyətinə 2003-cü ilin aprel ayından etibarən mikrokreditləşmə üzrə kredit mütəxəssisi qismində başlayıb. 2004-cü ilin iyun ayından KOB şöbəsində kredit mütəxəssisi, 2005-ci ilin avqust ayından həmin şöbənin rəhbəri vəzifəsinə təyin edilib. 2006-cı ildə "Babək" filialının rəhbəri vəzifəsinə təyin olunaraq 2010-cu ilə qədər bu vəzifədə çalışıb. 2010-cu ildə Bankın KOB departamentinin rəhbəri vəzifəsinə yüksəlib. 2013-cü ilin sentyabr ayından sonuncu Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktor vəzifəsinə təyin olunub.
 
K.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, "Maliyyə və kredit" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "İqtisadiyyatda riyazi və instrumental üsullar" ixtisası üzrə aspiranturada təhsil alıb.

 

Qeyd edək ki, bundan öncə bankı İdarə Heyəti sədrinin müavini Şakir Rəhimov tərk edib. Hazırda bankir "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərir.
 
"AccessBank"ın nizamnamə kapitalı 85 mln. manat təşkil edir. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur. Bunlar Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), "Kreditanstalt für Wiederaufbau" ("KfW", 20%), "Access Microfinance Holding AG" (16,53%), "LFS Financial Systems GmbH" (3,47%).


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...