Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaqlar

Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaqlar

"Dövlət qulluğu haqqında" qanununa edilmiş son yeni dəyişikliklərə görə, artıq yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda həmin vəzifələrə qəbul hər bir müəssisə tərəfindən adi qaydada - əmək müqaviləsi bağlanılmaqla aparılır. Qanuna edilən yeni dəyişikliyin icrasına başlanıldıqda isə dövlət orqanlarında qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər də dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - imtahan və müsahibə mərhələsindən keçməklə işə qəbul olunacaqlar.

Mərkəzdən bildirilib ki, "Dövlət qulluğu haqqında" qanuna edilmiş digər dəyişikliklərə əsasən, yüksək kateqoriyalı dövlət orqanları Aparatlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi, Milli Televiziya və Radio Şurası və digər dövlət orqanları Aparatlarında Aparat rəhbəri, şöbə müdiri vəzifəsi də daxil olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparılması nəzərdə tutulur. Müsabiqə DİM tərəfindən keçiriləcək.

Yeni vəzifələr üzrə qəbulun dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar təsdiqləndikdən sonra aparılması nəzərdə tutulur.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna edilən son dəyişiklik əsasında dövlət qulluğuna qəbulun aparıldığı təsnifatların sayı artırılıb.

 

M.Abbaszadənin sözlərinə görə, əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası tərəfindən ənənəvi olan müəyyən kateqoriyalar üzrə dövlət qulluğuna qəbul aparılırdı. İndi isə DİM həm yardımçı, həm də yüksək təsnifatlara aid olan vəzifələrə qəbul üçün imtahan aparmalıdır:

"Təbii ki, bu yeni imtahanlar yeni məzmunlu olacaq. Digər tərəfdən, bu imtahanları necə aparmaq lazımdır ki, yüksək səviyyəli kateqoriyalar üzrə imtahan verən şəxs o müsabiqədən keçməsə, daha aşağı, daha asan imtahanda təkrar iştirak etməsin. Ümumiyyətlə, belə namizədlərin təkrar imtahanda iştirakı lazımdırmı? Burada çoxlu məsələlər var. Bu məsələlərin hamısı hüquqi qərarını tapandan sonra bu barədə izahatlar veriləcək".

M.Abbaszadənin sözlərinə görə, tələbə qəbulu ilə əlaqədar müvafiq hüquqi mühit yaradılsa və qaydalar təsdiqlənsə də, dövlət qulluğuna qəbulla əlaqədar qaydalar hələ təsdiqlənməyib.

Onun sözlərinə görə, DİM tərəfindən dövlət qulluğu ilə əlaqədar test imtahanının aparılması, müsabiqənin keçirilməsi ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edilib. M.Abbaszadə bu qaydaların yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyinin gözlənildiyini də söyləyib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...