Tələbələrin ölümü ilə bağlı 2 sürücü saxlanılıb - YENİLƏNİB

Tələbələrin ölümü ilə bağlı 2 sürücü saxlanılıb - YENİLƏNİB

12:08

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən report-un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

---------

11:46

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

 

Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 20-dən çox yaralı var.

----------

11:30

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən report-un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb.

"Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb. 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...