Elmar Məmmədyarov: Ermənistanla danışıqlar dayanıb
Cəmiyyət
15:23 / 07.03.2017
584
"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.
APA xəbər verir ki, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.
Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.