"Çalışacam ki, yeni vəzifəmdə insanlara kömək edim" - Mehriban Əliyevanın VİDA ÇIXIŞI

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

BiG.AZ xəbər verir ki, parlamentin iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevada iştirak edir.

Parlamentin sədri Oqtay Əsədov onu təbrik edib:

"Bildiyiniz kimi Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdir. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarı olub, 10 minlərlə insanın azadlığa çıxması üçün öz töhfəsini verib. Eyni zamanda, Mehriban xanım həm də Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsində də xalqın millət vəkili olacaq. Mehriban xanımın bu çətin və şərəfli işində ona uğurlar arzulayırıq”.

Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib. O bildirib ki, 10 ildən artıq parlamentin üzvü olub:

"Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub. Cənab Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki deputat fəaliyyətimi dayandırıram. Ölkəmizdə keçirilən islahatlar və dövlətçiliyin inkişafına töhfələrini verən digər sahələrdə çalışmışam. Fəliyyətim dövründə insanlara yardım etməyə və edilən müraciətləri yerinə yetirməyə çalışmışam. Yeni təyin olunduğum vəzifədə də çalışacam ki, hər zaman insanlara kömək edim”.

Çıxışının sonunda Mehriban Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.
Spiker Oqtay Əsədov isə deputatların adından Mehriban Əliyevaya təşəkkür edib:

"Hörmətli Mehriban xanım, biz hamımız sizin səmimi çıxışınıza görə minnətdarıq. Əmin olun ki, Milli Məclis deputatları olaraq, biz hər zaman sizin işlərinizə dəstək verəcəyik”.

Daha sonra Milli Məclisin deputatları – Siyavuş Novruzov, Fəzail İbrahimli və digər şəxslər çıxış ediblər.

12:25

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

BiG.AZ xəbər verir ki, iclası parlament sədri Oqtay Əsədov açıb. Oqtay Əsədov qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. 

Qeyd edək ki, iclasda Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. 

Oqtay Əsədov deputatların adından Mehriban Əliyevanı yüksək vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. 

Deputatlar birinci vitse-prezidenti alqışlarla təbrik ediblər. 

Spiker deyib ki, birinci xanım parlament fəaliyyətində aktiv iştirak edib. O xatırladıb ki, Mehriban Əliyeva bir sıra qanunverici təşəbbüslə çıxış edib, o cümlədən onun amnistiya verilməsi ilə bağlı təşəbbüsü xüsusilə fərqlənir. Milli Məclis sədri deyib ki, Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında böyük işlər görüb. 

Modern.az saytının məlumatına görə, Mehriban Əliyevanın parlamentə budəfəki gəlişi Milli Məclislə vida xarakteri daşıyır.
Dünənədək millət vəkili mandatı daşıyan Mehriban xanımın deputat səlahiyyətləri Mərkəzi Seçki Komissiyasının 6 mart 2017-ci il tarixli qərarı ilə geri alınıb. Bu qərar onun Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə bağlıdır.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi. 

Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

mənbə: modern.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...