Ukraynada azərbaycanlı nazir iki aylıq həbs edildi – FOTO
Kiyevin Solomensk rayon məhkəməsi Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovu iki ay müddətinə vəzifəsindən kənarlaşdırıb.
Oxu.Az bu barədə "Kommersant”a istinadən xəbər verir.
"Roma Nəsirova dair 60 gün həbs cəzası tətbiq edilsin. Həbs müddətinin bitmə tarixi - 30 aprel. Girov 100 milyon qriven”, - hakim Aleksandr Bobrovnikin sözlərini "Ukrainskaya pravda” sitat gətirib. Bazar ertəsi məhkəmə şübhəlinin vəkilinə onun səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizanın keçirilməsi tələbinə iki dəfə imtina edib.
Roman Nəsirov Milli korrupsiya ilə mübarizə bürosu tərəfindən saxlanılıb. Məlumata görə, o, təbii qazın hasilatı və satışı zamanı dövlət vəsaitinin mənimsəməkdə ittiham edilən Ali Radanın deputatı Aleksandr Onişenkoya dair işin çərçivəsində saxlanılıb. Zərərin dəyəri 3 milyard qriven (120 milyon dollar) həcmində dəyərləndirilir.