İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ

İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

Sfera.az xəbər verir ki, DİM-dən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini, (Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini) mütləq gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər imtahana gələrkən digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilən və fotoşəkilləri yapışdırılan arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, şagird imtahana buraxılmayacaq.
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı və Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.


OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...