İnfarkt keçirən azərbaycanlı müğənni: "Xəstə vəziyyətimdə gözümü yolda qoyan..."

İnfarkt keçirən azərbaycanlı müğənni:
Bir müddət əvvəl mikroinfarkt keçirən müğənni Nurlan Əzizbəylinin səhhəti artıq normallaşıb. Xeyli müddətdir ev şəraitində müalicə alan müğənni tədbirlərdən birində qonaq olaraq iştirak edib.

Sənətçi APA TV-yə açıqlamasında bildirdi ki, özünü yaxşı hiss edir: "Şükürlər olsun, artıq yaxşıyam. Çox böyük şükürlər olsun. Əvvəl bir az qorxulu idi vəziyyət. Müayinələr olandan, müalicədən sonra şükürlər olsun, irəliyə doğru getdim. Problemlərdən, stressdən uzaq olmağa çalışırdım”.

O, uzun müddət sənətdə olmasına və kifayət qədər dostu olmasına baxmayaraq, özünə qarşı gördüyü etinasızlıqdan inciyib: "Nəticəsi belə oldu. 32 ilimi bu sənətə sərf etmişəm. 8 yaşından böyük səhnələrdəyəm. Laqeydlik məndə də ruh düşkünlüyü yaradır”.

Nurlan Əzizbəyli fürsətdən istifadə edib, dar günündə yanında olanlara təşəkkürünü bildirib: "Yanımda çoxları oldu. İlk növbədə əziz qardaşım, dostum, neçə illərin sənət dostu İzzət Bağırov mənə çox böyük dəstək oldu. Teymur Əmrah, Rahidə Baxışova, "Kristal” qrupunun rəhbəri Mədinə xanım, gözəl bəstəkarımız Kəmalə Qasımova, Nüşabə Ələsgərli, Elnur Quliyev, bir çoxları...”

Amma Nurlan Əzizbəylinin gözünü yolda qoyanlar da az deyil: "Xəstə olan hər bir kəsin gözü yolda olur. Adicə mənəvi dayağa da ehtiyac duyur insan. Təbii ki, gözüm yolda idi. Həmin anda bilindi ki, mənim xətrimi istəyənlər kimdir. Könlümdən keçənlər çox idi ki, onların da pis günlərində, yaxşı günlərində həmişə onlara dayaq olmuşam. Sadəcə, ad çəkmək istəmirəm. Buradan baxacaqlarsa, hərə öz sözünü götürəcək. Sağ olsunlar!”

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...