Lerikdə AİLƏ FACİƏSİ: Gəlin, qaynana, uşaqları öldü
Cəmiyyət
13:36 / 23.02.2017
944
Lerik rayonunda qar uçqunu baş verib.
Hadisə Orand kəndində baş verib.
Saat 12:30-da Mustafayev Əhliman Hadulla oğluna məxsus ev qar uçqunun altında qalıb. Qar yığını evin üzərinə düşüb. Bir otaq tamamilə qarın altında qalıb. Həmin vaxt ailə üzvləri uçan otaqda olublar.
Gəlin, qaynana və iki körpə uşaq olub. Qar altında qalan ailə üzvlərinin hamısı ölüb.
Hadisə yerinə gələnlər evdəki bir uşağı xilas edə biliblər.
FHK sədri Habil Məlikovun verdiyi məlumata görə, bu dəqiqə komissiya üzvləri, hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə gedirlər.
mənbə: istipress