Orta məktəb dərsliyində növbəti QALMAQAL - Bu dəfə xalq mahnısı...

Orta məktəb dərsliyində növbəti QALMAQAL - Bu dəfə xalq mahnısı...

4-cü sinif musiqi dərsliyində "Xarı bülbül" kimi tanınan xalq mahnısının adı "Sarı bülbül" kimi təqdim edilib.

Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat paylaşıb. O, bu dərsliyin ekspertlər tərəfindən necə qiymətləndirilib, rəy verildiyinə də diqqət çəkib.

Sfera.az xəbər verir ki, dərsliyin müəlliflərindən olan bəstəkar Oqtay Rəcəbov publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bu xalq mahnısının hər iki adla təqdim edilməsi normaldır: "Bəzi mənbələrdə bu mahnı "Xarı bülbül", bəzilərində "Sarı bülbül" kimi təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı "Azərbaycan xalq mahnıları" kitabında bu mahnının adı "Sarı bülbül" kimi verilib. Biz də həmin mənbəyə istinad etmişik.

 

Xanəndələrimiz tarixən bunu hər iki variantda oxuyublar. Bəzi mətnlərdə isə hər iki söz işlənib. Mahnının bu adla təqdimatında heç bir yanlışlıq yoxdur, əksinə, şagirdlərimiz hər iki adla bağlı məlumatlanmış olurlar. Dərslik yazmaq çox çətin prosesdir, məlumatları tapmaq araşdırma tələb edir. Biz də ən qədim mənbələrə istinad etmişik".


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...