Masallıda 15 yaşlı məktəblinin FACİƏVİ SONU
Cəmiyyət
14:35 / 22.02.2017
635
Masallı rayonunun Kolatan kəndində bədbəxt hadisə baş verib.
BiG.AZ xəbər verir ki, kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov bu gün səhər saatlarında məktəbə yollanarkən qəfil özünü pis hiss edərək yerə yıxılıb. Hadisə yerinə çağrılan tibb işçiləri gələndə 15 yaşlı oğlan artıq keçinibmiş.
İstiPress-ə Masallı prokurorluğundan verilən məlumata görə, kənd orta məktəbinin 8-ci sinfində oxuyan Zaurun yaxınları onun tam sağlam olduğunu, hər hansı xəstəlikdən şikayət etmədiyini bildiriblər. Atası bu yaxınlarda vaxtsız vəfat edən yeniyetmə babasının himayəsində imiş.
İlkin ehtimala görə, atasını vaxtsız itirməsi ,anasının da Sankt-Peterburqda xərçəng xəstəliyindən müalicə olunması 15 yaşlı yeniyetmənin ağır stres keçirməsinə və dünyadan vaxtsız köçməsinə səbəb olub.
Masallı rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. 15 yaşlı yeniyetmənin nə səbəbə dünyasını dəyişməsi aparılan araşdırma nəticəsində bəlli olacaq.