Sabiq nazir müavini Musa Pənahovun və oğlunun biznes imperiyası - MÜDHİŞ SƏRVƏT

Sabiq nazir müavini Musa Pənahovun və oğlunun biznes imperiyası - MÜDHİŞ SƏRVƏT

Bəzi məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir, mətbuatda işıqlanır. Bu halda bəzən onların ataları cəzalandırılır, özləri isə məzəmmətə məruz qalır. Lakin üstündən bir az keçdikdən sonra hər şey keçmişdə olduğu kimi davam edir: onlar haqqında xoş olmayan soraqları gəlir.

Musavat.com bu dəfə ləğv edilmiş Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahovun oğlunun "şəxsi maşın qarajı" və biznes imperiyası barədə məlumat verəcək.

Saytımızı bu barədə məlumatlandıran mənbə bildirir ki, Moldovanın keçmiş prezidentinin nəvəsi Yekaterina Voronina ilə evli olan Fuad Pənahov olduqca dəbdəbəli və ultra-lüks həyat tərzi sürür:

Sabiq nazir müavini Musa Pənahovun oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar sayı 10-u aşan villalarının həyətində dayanır. Fuad Pənahov isə özü isə çox vaxt "10 RR 200", "10 ER 200" nömrəli "Range Rover", "Porsche" markalı avtomobillərilə və mühafizəçilərin müşayiəti ilə gəzir. Vyanada ali təhsil alsa da ərəb şahzadələri kimi həyat tərzi keçirir. Digər oğlu Kənan Pənahov isə Londonda təhsil alıb və avtomobil həvəsində qardaşından geri qalmır.

Musa Pənahovun oğlu üçün yaratdığı biznes imperiyasına ötən ilə qədər Azərbaycanda bir çox yolun tikintisini həyata keçirən "Todler" şirkəti də daxildir. Şirkət İtaliya mərkəzli bilinsə də əslində Musa Pənahova məxsus olub.

Bakı Beynəlxalq Ticarət Limanınında podratçı şirkət kimi fəaliyyət göstərən "Evroscon" şirkəti də sabiq nazir müavininin biznes imperiyasına daxildir və limanda əksər işləri həyata keçirib. Həmin tenderi udmasında Musa Pənahovun böyük "əməyi" olub.

Məlumatı verən mənbə qeyd edir ki, onun əsas gəlir yeri inşaat şirkətləridir. Digər gəlir yerləri isə bir vaxtlar barəsində sökülmə qərarı verilən, daha sonra sökülməyən "Megapolis" obyektidir. Bir vaxtlar hətta sökülməsi üçün hasara da alınmışdı. Vaxtilə yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edən Fuad Pənahovun şirkətində işləyən işçiləri belə yerə-göyə sığmırdı.

O, təkcə Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli ev tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.

Tikinti şirkəti adı altında Fuad Pənahov ölkəmizdən "qazandığı" pullarla Moldovada da böyük biznes qurub.

Musavat.com

 

 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...