Azərbaycanda İLK: İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - VİDEO

Azərbaycanda İLK: İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - VİDEO
Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlər üçün tələbə olmaq şansı yaradılır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təkliflər göndərilib.

BiG.AZ-ın məlumatına görə, Xəzər TV-nin hazırladığı reportajda bildirilir ki, hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.

Hazırlıq fakültələrində bir il təhsil almaq 1-ci kursa qəbul edilmək üçün əsasdır.

Hazırlıq fakültələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakultələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, burda məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır.

Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...